Təhlükəsiz alış-veriş

Elanların böyük əksəriyyəti dürüst insanlara məxsusdur. Amma fırıldaqçılardan qorunmaq üçün bu sadə qaydaları yadda saxlayın:

Alıcılar üçün

  • Məhsulu görmədən və yoxlamadan beh, ön ödəniş və ya "çatdırılma haqqı" köçürməyin.
  • Qiymət bazardan çox aşağıdırsa, ehtiyatlı olun.
  • Görüşü gündüz, insanlı yerdə təyin edin. Avtomobil və əmlakın sənədlərini yoxlayın.
  • Elektronikanın IMEI/seriya nömrəsini və işləkliyini yoxlayın.

Satıcılar üçün

  • Kartın arxasındakı CVV kodunu, kartın müddətini və SMS ilə gələn kodları heç kimə deməyin. Pul göndərmək üçün yalnız kart nömrəsi kifayətdir.
  • "Pulu artıq göndərdim, linkə daxil olub təsdiqləyin" kimi mesajlardakı linklərə keçməyin — bu, fırıldaqdır.
  • Tanımadığınız şəxslərin "kuryer şirkəti" saytlarında kart məlumatlarınızı daxil etməyin.

Şübhəli elan gördünüz?

Elan səhifəsində "Şikayət et" düyməsini basın. Moderatorlarımız şikayəti yoxlayacaq.