Məxfilik siyasəti

Son yenilənmə: 24 noyabr 2026

Qoysat istifadəçilərin şəxsi məlumatlarını "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq emal edir və qoruyur.

Hansı məlumatları toplayırıq?

  • Qeydiyyat məlumatları: ad, telefon nömrəsi, e-poçt, şəhər.
  • Elan məlumatları: elanın mətni, şəkilləri, əlaqə adı və nömrəsi (elanda hamıya görünür).
  • Texniki məlumatlar: ziyarət statistikası üçün anonim identifikator (kuki), brauzer növü. IP ünvanları yalnız təhlükəsizlik məqsədilə qısa müddət saxlanılır.

Məlumatlardan necə istifadə edirik?

  • Hesabınızı yaratmaq və elanlarınızı dərc etmək üçün;
  • Elanın yoxlanış nəticəsi, ödənişlər və hesab barədə bildirişlər göndərmək üçün;
  • Saxtakarlığın qarşısını almaq və Saytın təhlükəsizliyini təmin etmək üçün;
  • Yalnız razılıq vermisinizsə — Qoysat və tərəfdaşlarının xidmətləri barədə təklif və məlumat göndərmək üçün. Bu razılığı istənilən vaxt profil səhifəsində ləğv edə bilərsiniz.

Məlumatların ötürülməsi

Məlumatlarınızı satmırıq. Onlar yalnız xidmətin göstərilməsi üçün zəruri olan texniki tərəfdaşlara (hostinq, e-poçt göndərmə, ödəniş sistemi) və qanunla tələb olunduqda dövlət orqanlarına ötürülə bilər.

Elanların yoxlanılması

Elanların mətni və şəkilləri qaydalara uyğunluğu yoxlamaq üçün avtomatlaşdırılmış süni intellekt sistemi ilə təhlil edilir.

Kukilər

Sayt daxil olmanızı yadda saxlamaq və anonim ziyarət statistikası üçün kukilərdən istifadə edir. Seçilmiş elanlar brauzerinizdə saxlanılır.

Hüquqlarınız

Məlumatlarınızla tanış olmaq, düzəltmək və ya hesabınızı silmək üçün qoysatelanlar@gmail.com ünvanına yazın.